11 iyul 2023 10:10
268

Hərrac keçiriləcək

İyulun 25-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti çıxarılacaq. Bunlar, Xızı rayonunun Şurabad qəsəbəsindəki Yardımçı təsərrüfat, Saatlı rayonunun Heydərabad kəndindəki yardımçı təsərrüfat, Beyləqan rayonunun Milabad qəsəbəsindəki Mədəniyyət evi, İmişli şəhərinin Xiyabani küçəsindəki 7/9 saylı mağaza, Ağcabədi rayonunun Şənlik kəndindəki klub, Balakən rayonunun Mahamalar kəndindəki yeməkxana, Goranboy rayonunun Qarquçaq kəndindəki qeyri-yaşayış binasıdır.

Əmlaklara 1 300 – 102 500 manat aralığında başlanğıc qiyməti qoyulub.