11 iyul 2023 16:01
353

OPEC: Neft-qaz sənayesi emissiyasız gələcəyi qurmağa kömək edə bilər

Neft və qaz sənayesinin innovasiya və texnologiyaların ən qabaqcıl mövqeyində olmasının uzun tarixi var.

"İki sahil”in Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Katibliyinin Tvitter paylaşımına istinadən verdiyi xəbərə görə, bunu OPEC-in baş katibi Haysam Əl-Qays deyib.

Onun sözlərinə görə, neft-qaz sənayesi emissiyasız gələcək qurmağa kömək edəcək daha təmiz və səmərəli texnoloji həllərin inkişafını dəstəkləmək üçün qeyd olunan təcrübədən istifadə etmək imkanına malikdir.