12 iyul 2023 10:19
279

Azərbaycanla IDB nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (IDB) Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək onunla nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qonaqlara ölkəmizdə dəmir yolu və liman sahəsində, o cümlədən əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.