“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, iyulun 12-də YAP Goranboy rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq