Uzun müddətdir sevgili olan məşhur cütlük - aktrisa Aslıhan Gürbüz və aktyor İsmail Hacıoğlunun ayrılmaları barədə məlumat yayılıb.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, evlənəcəkləri gözlənilən ikilinin aralarında mübahisə yaranıb. Bu səbəbdən 40 yaşlı Gürbüz sevgilisini sosial media hesabında bloka atıb. Aktrisa, həmçinin hesabında Hacıoğlu ilə birgə olduğu şəkillərini silib.
37 yaşlı aktyorun isə A.Gürbüzlə fotolarını sosial şəbəkə hesabında saxladığı bildirilir.
Qeyd edək ki, Aslıhan Gürbüz həmkarı Kerem Kupacı ilə ailəli olub. 2011-ci ildə evlənən cütlük 2014-cü ildə bşanıb.
İsmail Hacıoğlu isə daha əvvəl Duygu Kaya Kumarki və aktrisa Vildan Ataseverlə evli olub. Onun Kumarki ilə evliliyindən bir övladı da var.