Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozdan 2 milyard 979 milyon manat və yaxud 52,8 % az - 2 milyard 661 milyon manat vəsait transfert edib.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb vergi-gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamikadır. Son nəticədə ARDNF büdcə öhdəliyini tam icra etməyib.