16 iyul 2023 02:20
377

“Hyundai” əvvəlcə “Chevrolet”ə, daha sonra işıq dirəyinə çırpılıb

İyulun 15-i axşam saatlarında Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, idarəetməni itirən “Hyundai” markalı avtomobil əvvəlcə yolun kənarında dayanan “Chevrolet”ə, daha sonra işıq dirəyinə çırpılıb. Zərbənin gücündən işıq dirəyi aşıb.

Qəza nəticəsində ciddi xəsarət alan olmasa da hər iki avtomobilə və şəhərin işıq təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.