16 iyul 2023 02:51
364

Voleybol üzrə U-21 dünya çempionatının finalçıları müəyyənləşib

Bəhreyndə 21 yaşadək oğlan voleybolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib.

“İki sahil” xəbər verir ki, çempionatın final mərhələsində İran və İtaliya komandaları üz-üzə gələcək.

Yarımfinalda İran millisi Argentinanı, İtaliya seçməsi isə Bolqarıstanı 3:1 hesabı ilə üstələyib.

Final matçı iyulun 16-da keçiriləcək. Həmçinin həmin gün üçüncü yer uğrunda görüşdə Argentina və Bolqarıstan seçmələri üz-üzə gələcəklər.