17 iyul 2023 10:36
371

Ölkəmizin sığorta bazarında 20 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir

Siğorta sistemi iqtisadiyyatın ən mütəhərrik sahələrindən biridir.

“İki sahil” xəbər verir ki, bu fikri Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Sığorta mübahisələrinin uğurlu həlli yolları" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının 2022-ci il hesabatında göstərilir ki, ölkənin sığorta bazarında 20 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərinin 5-i həyat, 15-i isə qeyri-həyat sığorta şirkətləridir. Bu fəaliyyət həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmun edilir.

Cavid Əkbərov, "İki sahil"