17 iyul 2023 10:53
458

Mərkəzi Bank sığorta bazarında həm tənzimləyici, həm də nəzarət orqanı kimi yenidir

Azərbaycan Mərkəzi bankı sığorra bazarında həm tənzimləyici, həm də nəzarət orqanı kimi yenidir. 
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev "Sığorta mübahisələrinin uğurlu həlli yolları" mövzusunda keçirilən elmi-praktik konfransda deyib. 
2019-cu ikin noyabr ayından Mərkəzi bank həm də bu funksiyaları yerinə yetirir. Çox qısa müddətdə Mərkəzi Bank bu sahədəki problemləri, inkişaf boşluqlarını analiz edərək 4 illik inkişaf strategiyası hazırladı. Bu strategiyanın uğurla hazırlanmasına həm tanınmış yerli ekspertər, həm də xarici mütəxəssislər cəlb olundu. Biz strategiyanın icrasına başladıq və artıq həmin 4 ili yekunlaşdırmaq ərəfəsindəyik. Son 3 il yarıma baxdıqda biz kəmiyyət və keyfiyyət baxımından bu sahədə böyük bir yol keçmişik. 2019-cu ildə ölkə sığorta bazarının həcmi cəmi 650 milyon manat idi. Bu ilin 6 ayının göstəricilərini nəzərə aldıqda, asanlıqla hesablamaq olar ki, ilin sonunda sığorta bazarının həcmi təxminən 1.2, 1.3 milyard manata çatacaq.

Cavid Əkbərov, "İki sahil"