Bu ilin I yarısında Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi sahibkarlıq fəaliyyətinə 21 lisenziya verib.
Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, lisenziyalar əczaçılıq, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, müxtəlif növ möhürlərin və ştampların hazırlanması, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi sahələrini əhatə edib.
Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir