Bir çox yerlərdə turizm obyektləri mövsümi fəaliyyət göstərirlər. Xüsusilə də, çimərlik mövsümü 15 iyundan, 15 sentyabra kimi olur.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
"Hava şəraitinin dəyişməsi turizmə, obyektlərə, sahibkarlara ziyandır. Əslində belə günlərin sayı çox olur. İnsanlar da istirahətlərini öncədən planlaşdırmaqda çətinlik çəkirlər. Konkret olaraq, bu il dəyişkən havanın nə qədər ziyan vurduğu hesablanmayıb", - deyə Fuad Nağıyev vurğulayıb.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir