Azərbaycanlı turistlərin ölkədaxili səfərlərinin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.
“İki sahil” xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
"Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilir. Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Onu da deyim ki, quru sərhədlərin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib", - deyə o qeyd edib.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir