Orta Asiya və Avropa arasında yük daşımaların artırılmasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, əlavə potensialların müəyyən edilməsi və yeni yük növlərinin cəlbinin təşviq edilməsi məqsədi ilə Türkmənistanın nümayəndə heyəti Bakı Limanına səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Ticarət Limanı” QSC-dən bildirilib.
Məlumata görə, Türkmənistanın Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin şöbəsinin müdiri Murat Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinə nəqliyyat, logistika, ticarət və bunun kimi bir sıra sahələr üzrə dövlət və özəl qurumları təmsil edən rəhbər şəxslər daxil olub.
Qonaqlar Bakı Limanın texniki imkanları, hazırda icrası davam edən və nəzərdə tutulan infrastruktur layihələri ilə tanış olublar. Eyni zamanda nümayəndə heyətinə daşınan yüklərin həcmi, qarşılıqlı əməkdaşlıq edilən beynəlxalq limanlar və logistika şirkətləri ilə bağlı da məlumat verilib, onların sualları cavablandırılıb.
SOCAR: İtaliyada investisiya layihələri və aktivlərin alınması ilə bağlı məsələlər plan üzrə qiymətləndirilir
IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir