Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirildi.
“İki sahil” xəbər verir ki, tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 148 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb.
Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirdi.

Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizdə jurnalistlərimizin rolunu vurğulayaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlərindən ətraflı bəhs etdi. Mətbuat nümayəndələrini təbrik etdi, onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən media təmsilçiləri göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.
Görüşün sonunda jurnalistlərə xatirə hədiyyələri təqdim edildi.