23 iyul 2023 15:57
573

Xaçmaz-Quba yolunda qəzada ölən və yaralanan var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alanlar var.

Faktla bağlı araşdırmalar davam etdirilir.