Yenidən ibadətə açılan Ayasofya məscidi üç ildə 21 milyona yaxın ziyarətçi qəbul edib.
“İki sahil” Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Ayasofya 1934-cü ildən başlayaraq 86 il muzey kimi fəaliyyət göstərib.
Ayasofya məscidi 2020-ci il iyulun 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi möhtəşəm mərasimlə 86 ildən sonra ilk cümə namazı ilə yenidən ibadətə açılıb. Yerli və xarici turistlərin böyük maraq göstərdiyi Ayasofyanın qarşısında zaman-zaman yüzlərlə metr uzanan növbələr yaranır.
Məscidin imamı Bünyamin Topçuoğlunun sözlərinə görə, 2021-ci ildə koronavirus pandemiyası səbəbindən ziyarətçi sayı cəmi 1 milyon 300 min nəfər olub. 2022-ci ildə Ayasofyanı 13 milyon 600 min, bu ilin yanvar-iyun aylarında isə 6 milyon nəfər ziyarət edib. Bu say getdikcə artır. Bəziləri buraya müsəlman olmaq üçün gəlir.