24 iyul 2023 01:08
585

Piyada keçidindən keçməyən qadını maşın vurdu, Piyada hadisə yerində öldü

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 8 Noyabr prospektində baş verən hadisə nəticəsində 1 qadın dünyasını dəyişib.

APA-nın məlumatına görə, Bayramov Anar Fəhiyar oğlunun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yürüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Sürücü məsuliyyətə cəlb edilib.