24 iyul 2023 11:23
408

Polisə müqavimət göstərən nazir istefaya göndərilib

İyulun 23-də içkili vəziyyətdə avtomobil qəzasına düşən və polisə müqavimət göstərən Yeni Zelandiyanın ədliyyə və regional inkişaf naziri Kiritapu Allan istefaya göndərilib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kris Hipkins bildirib.

Hökumət başçısı qeyd edib ki, Allan hazırda nazir vəzifələrini icra etmək vəziyyətində deyil: “O bununla razılaşdı və bildirdi ki, tezliklə istefa verəcək və siyasətdəki gələcəyi barədə düşünmək üçün evə gedəcək. Mən bu istefanı qəbul etdim”.

Baş nazir deyib ki, hadisə zamanı Allan güclü emosional sarsıntı keçirib.

Qeyd edək ki, Allan məhkəmə tarixi bəlli olunanadək evə buraxılıb.