25 iyul 2023 16:37
431

Müşfiq Məmmədli vətəndaş qəbulu keçirib - FOTO

Bu gün Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında yerləşən qərargahında vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki,  qəbula gələn şəxslər məişət, məşğulluq, sağlamlıq, və digər mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.