25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, “MOL Group” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan, səmərəli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, “MOL Group” şirkətinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihələrində uğurla iştirak etdiyi, Azərbaycan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verdiyi bildirilib.

Görüş çərçivəsində tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib