26 iyul 2023 17:09
436

UNEC-in rektorundan "İki sahil" qəzetinə təbrik

Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC-in rektoru, professor Ədalət Muradov 22 İyul- Milli Mətbuat Günü münasibətilə "İki sahil" qəzetinə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, rektor məktubda qeyd edib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımız ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində dövlətçilik ənənələrinə sadiqlik nümayiş  etdirərək, milli dəyərlərimizin qorunması, eləcə də, dünyada baş veren hadisələrə operativ reaksiyanın verilməsi istiqamətində mühüm rol oynayır.

Ədalət Muradov bu mühüm missiyanın șərəflə yerinə yetirilməsinə yönəlik fəaliyyətinə görə "İki sahil" qəzetinin kollektivinə uğurlar diləyib.