Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Brüssel görüşündə Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir