28 iyul 2023 10:22
392

Avropada qazın ucuzlaşıması davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 325 ABŞ dollarından aşağı enib.

“İki sahil” xəbər verir ki, 27 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 323,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (333 dollar) ilə müqayisədə 2,8% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.