Dünya bazarında qızılın qiyməti ötən gün 1,2 % aşağı düşdükdən sonra stabilləşib.
“İki sahil” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 4,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1950,15 ABŞ dollarına satılıb.
Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 1 unsiyaya görə 24,37 ABŞ dolları təşkil edib.
İlkin hesablamalara görə, ABŞ-da ÜDM-in artımı illik ifadədə 2,4 % olub. Analitiklər ABŞ iqtisadiyyatının 1,8 % artacağını gözləyirdilər. ABŞ dollarının indeksi isə 0,6 % artıb.