28 iyul 2023 13:10
475

Azərbaycandakı KOB evlərində I yarımildə 197 mindən çox xidmət göstərilib

Bu ilin I yarısında Azərbaycandakı KOB evlərində sahibkarlara 197 mindən çox xidmət göstərilib.

“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, göstərilmiş xidmətlərin 155 mindən çoxu “Bakı KOB evi”nin, 29 mindən çoxu “Yevlax KOB evi”nin, 13 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşüb.

Xidmətlərin 190 mindən çoxunu dövlət qurumları (“G2B”), 7 300-ə yaxınınl isə biznes qurumları (“B2B”) göstərib.

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Yanvar-iyun aylarında KOB evlərində yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.

KOB evləri KOBİA-nın strukturuna daxildir. Agentlik sahibkarlara vahid məkanda operativ, şəffaf, vətəndaş məmnunluğu əsasında biznes xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradıb. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-dən çox dövlət və özəl qurum 250-dən çox “G2B” və “B2B” xidmətlər göstərir.