28 iyul 2023 15:45
772

Azərbaycanda banklar ötən ay 283 milyon manat gəlir əldə ediblər

2023-cü ilin iyun ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 282.8 milyon manat faiz gəliri əldə ediblər.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% və ya 58.5 milyon manat çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 128.2 milyon manat, xalis mənfəətləri isə 126.2 milyon manat təşkil edib.