29 iyul 2023 03:19
348

320 milyon dollarlıq müqavilə

Misir “Egyptian Natural Gas Holding Company” (EGAS), “ Egyptian General Petroleum Corporation” (EGPC) və beynəlxalq şirkətlər qrupu ilə 13 quyunun qazılması  nəzərdə tutulan  319,5 milyon dollar dəyərində üç yeni müqavilə imzalayıb.

Cümə axşamı günü verilən açıqlamaya görə, sazişlər Aralıq dənizindəki “Masry” və “Qahirə” dəniz bloklarında təbii qaz və xam neftin kəşfiyyatı və hasilatı üçün EGAS və “ExxonMobil Egypt” ilə imzalanmış iki müqaviləni əhatə edir. Üçüncü müqavilə Süveyş kanalının qərbindəki “Geisum” və “Tawila” bloklarında neftin işlənməsi və hasilatı üçün EGPC və “PICO Energy Group” və “KUFPEC Egypt” şirkətləri ilə imzalanıb.

“Geisum & Tawila West Concession” Süveyş körfəzinin cənub girişində yerləşir və “Şimali Geisum”, “Cənubi Geisum”, “Şimal-Şərqi Geisum” və “Tawila West” yataqlarını əhatə edir.

Qeyd edək ki, ölkənin neft ixracı 2022/2023 maliyyə ilinin ilk doqquz ayı ərzində 13 milyard dollardan 11,7 milyard dollara qədər azalıb.Eyni zamanda, neft idxalı eyni dövrdə təxminən 9 milyard dollardan 10 milyard dollara yüksəlib. //english.ahram.org.eg

Leyla,Şıxəli, “İki sahil”