İyulun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib.
“İki sahil” Nazirlər Kabinetindən verilən məlumata istinadən xəbər verir ki, iclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyatda əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olunub.
Şuranın sədri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin məruzəsi dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq icra olunan ölkədə nəqliyyat mobilliyinin transformasiyası və Bakı metropoliteninin potensialının qiymətləndirilməsi proqramlarının icrasına dair təqdimatlar keçirilib.
Ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir