29 iyul 2023 09:52
483

Neftimizin qiyməti 88,01 ABŞ dolları təşkil edib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,05 ABŞ dolları və ya 0,06% azalaraq, 88,01 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.