29 iyul 2023 15:01
418

Gömrükdə aksiz markası olmayan siqaretlər aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib.

“İki sahil” xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan  1060 qutu (21200 ədəd) “Kent Nanotek 2.0” markalı  siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.