31 iyul 2023 11:55
367

KOBİA-da audit və qiymətləndirmə fəaliyyəti ilə bağlı təkliflər dinlənilib- FOTO

İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə audit və qiymətləndirmə fəaliyyətinə həsr olunub.

“İki sahil” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında bildirib.

“Dövlət qurumlarının və müvafiq sahədə sahibkarların iştirakı ilə sektora dair fikir mübadiləsi apardıq, təklifləri dinlədik”, - deyə o qeyd edib.