Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Titra Teknoloji" şirkətinin nümayəndələri ilə görüşüb.
KOBİA-dan “İki sahil”ə bildirilib ki, görüşdə sənaye sahəsində müasir texnologiyaların və həllərin tətbiqinə, müvafiq sektorun təchizat zəncirində KOB subyektlərinin iştirak imkanlarına dair fikir mübadiləsi aparılıb.