01 avqust 2023 11:56
303

Qızıl dolların bahalaşması fonunda ucuzlaşıb

Dünya bazarında qızılın qiyməti psixoloji həddi keçərək 2 000 ABŞ dollarından aşağı düşüb.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 12,65 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 996,55 ABŞ dollarına satılıb.

Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 1 unsiyaya görə 24,727 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi isə 0,14 % artıb. Güclü dollar qızılı başqa valyutada almaq üçün əlçatan edir.