Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 faiz artmaqla 111,6 milyard manata çatacaq. Bu isə əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Bildirilib ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. 2023-cü ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,5 faizdən 4,9 faizə qaldırılıb.
SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib