Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Qanuna əsasən, bu orqan Mərkəzi Bank olacaq.
Ərizə müvafiq qaydada tərtib olunmalıdır.
SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib