2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiyanın 10,4 % civarında olacağı proqnozlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
"2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur"- sənəddə qeyd edilib.
SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib