08 avqust 2023 16:06
310

Deputat vətəndaşları qəbul etdi - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki,  qəbulda rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər,  “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri iştirak edib.

Qəbuldan öncə Anar Məmmədov ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında vətəndaşları qəbul edib. 

Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb. 

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.