10 avqust 2023 17:04
376

Robotlaşdırılmış Reklam Həlləri nələr vəd edir - FOTO

Avqustun 9-da ölkəmizdə ilk dəfə “Robotlaşdırılmış reklam həllərinin təqdimatı” adlı tədbir keçirilib.

Müxtəlif şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri təqdimatda Azərbaycan üzrə satış hüquqları “Artmood Agency”yə məxsus dünya üzrə tanınmış ABŞ şirkəti “Mic Robotics” və Yaponiya şirkəti “Tokinomo” robotlarının funksionallığı, aktuallığı, günümüzdə reklam və xidmət sahəsinə verəcəyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən “Artmood Agency” şirkətinin təsisçisi və rəhbəri Xəyalə Mütəllimova qonaqlara şirkətin fəaliyyəti, uğurları haqqında məlumat verərək robotların ölkəmizin reklam sektorunda canlanma yaradacağını bildirib. Bu gün Azərbaycan reklam sektorunda yeni bir dövrün başlandığını qeyd edən X.Mütəllimova rəhbərlik etdiyi şirkətin “Mic Robotics” və “Tokinomo”nun satış hüququnu əldə edərək daha da şaxələndiyini vurğulayıb. Müasir dövrün tələblərinə cavab vermək üçün markalarla mütəmadi çalışma apardıqlarını bildirən şirkət rəhbəri bu robotların hər kəs tərəfindən seviləcəyinə inamını ifadə edib.

Eyni zamanda robotlar qonaqlara təqdim olunaraq funksiyaları haqqında geniş məlumat verilib. Tədbirdə robotlara ciddi maraq göstərilib və “Artmood Agency” şirkətinin reklam sahəsindəki xidmətləri yüksək qiymətləndirilib.

Cavid Əkbərov, “İki sahil”