12 avqust 2023 17:23
374

Biləsuvarda suötürücü keçidlərin təmirinə başlanılıb

Biləsuvar rayonunda suötürücü keçidlər təmir olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Belə ki, Aşağı Cürəli kəndində əkin sahələrinin yaxınlığındakı şor kollektorlarında olan 3 ədəd suötürücü keçid yararsız halda olduğu üçün yenisi ilə əvəzlənib.

Bundan əlavə Cənubi Muğan kanalının Ağalıkənd, Dərvişli və Zəhmətabad kəndlərindən keçən qollarında da lildən təmizlənmə işləri aparılıb.