Azərbaycan xalqının Ümummulli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev və inkişaf etmiş Azərbaycan təhsili" mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur rayon Təhsil Şöbəsi ərazi partiya təşkilatı tərəfindən təşkil edilən tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Şərur rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev məruzə edib, Naxçıvan MR Ali Məclisinin deputatı Yeganə Məmmədova,Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının məsləhətçisi Cahandur Məhərrəmov, Həmzəli kənd tam orta məktəbin direktoru Məhsəti Rzayeva, Diyadin kənd tam orta məktəbin Tərbiyəvi İşlər üzrə direktor müavini Afaq Hacıyeva məruzə ətrafında çıxış ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsili və Azərbaycan dili üçün gördüyü əvəzolunmaz işlər barədə geniş məlumat veriblər. Sonra Ulu Öndər Heydər Əliyevin təhsilə və elmə göstərdiyi diqqət və qayğıdan bəhs edən film nümayiş olunub.