16 avqust 2023 09:57
341

Laçında 2,6 ton çətənə məhv edilib

Laçında 2,6 ton çətənə məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 620 kiloqram olan 8400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.