Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Borsunlu kəndində evi yanmış vətəndaş Mehman Yusibovu ziyarət edib, vətəndaşın qayğıları ilə maraqlanıb. Görüşdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.
“İki sahil” xəbər verir ki, A.Məmmədov vətəndaşa deputatın səlahiyyətləri daxilində köməkliyin göstərildiyini bildirib, həmçinin, zərərçəkmişin digər problemlərini dinləyib.
Onu qeyd edək ki, Borsunlu kənd sakini Mehman Yusibov bir müddət bundan öncə deputatın qəbulunda olmuş, evinin yanması ilə əlaqədar müəyyən köməklik göstərilməsini xahiş etmişdir.
Sonda vətəndaş rayonda aparılan abadlıq-quruculuq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.