SOCAR-ın «Azəriqaz» İstehsalat Brliyi «Presight G42» şirkəti ilə birgə Sumqayıt şəhərinin «Yaşma bağları» ərazisində pilot layihə həyata keçirir.
Layihəyə uyğun olaraq smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, smart rəqəmsal İOT və Aİ platformaların, Lora Wan şəbəkəsinin və «smart-ötürücü» qurğuları tətbiq edilir. Pilot layihə əsasında qeyd olunmuş ərazi üzrə qaz istehlakçılarının mövcud sayğaclarının yenisi ilə əvəz olunması və «smart-ötürücü»lərin quraşdırılması planlaşdırılır.
Birlik istehlakçıların məlumatlandırılması məqsədilə qeydiyyatda olan abonentlərə layihə barədə SMS bildirişlər göndərir.
E.Zaman, «İki sahil»
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib