26 avqust 2023 12:54
472

Azərbaycanın KOB-ları "Alman Qətər Qrup”la əməkdaşlıq edə bilər

Azərbaycanın kiçik və orta biznes (KOB) subyektləri “Alman Qətər Qrup”la əməkdaşlıq edə bilər.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “İki sahil”ə verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov “Alman Qətər Qrup”un baş direktoru Anas Kassem Al Onazi ilə görüşüb. Onlayn keçirilən görüşdə KOBİA-nın mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəklər və xidmətlər barədə məlumat verilib, ölkəmizə investisiya qoyuluşu imkanlarına, KOB-lar arasında turizm və digər sektorlarda əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.