28 avqust 2023 12:37
357

Paytaxtın Səməd Vurğun küçəsində sürət həddi endirildi

Bakının Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.