28 avqust 2023 18:07
363

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb.

“İki sahil” xəbər verir ki, “İrAero” aviaşirkəti avqustun 31-dən Krasnoyarskdan Bakıya uçuşların sayını ikiyə çatdıracaq.

Belə ki, aviaşirkətin təyyarələri Azərbaycanın paytaxtına cümə axşamı və bazar günləri uçuşlar həyata keçirəcək.

Cümə axşamı Krasnoyarskdan təyyarələr saat 20:20-də, bazar günləri saat 09:10-da Bakı istiqamətində havaya qalxacaq.