29 avqust 2023 10:40
297

Nyu-York birjasında təbii qazın qiyməti azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki, sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.93% azalaraq, 2.56 dollar təşkil edib.