30 avqust 2023 09:37
293

Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib

Ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.