Gecə selin yaratdığı fəsadlardan sonra qatarların hərəkəti operativ şəkildə bərpa edilib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən “İki sahil”ə verilən məlumata görə, şimal bölgəsinə yağan güclü yağışlar nəticəsində Biləcəri-Yalama sahəsinin Zarat dəmiryol stansiyası və Giləzi-Zarat mənzilində sel suları ciddi fəsad yaradıb. Nəticədə infrastruktura ziyan dəyib, qatarların hərəkətində fasilələr yaranıb.
“Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün operativ olaraq əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub”, - məlumatda bildirilir.
Qeyd olunur ki, səsadlar qısa zamanda aradan qaldırılıb və yük qatarlarının hərəkət fəaliyyəti bərpa edilib.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə
“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb